O da keçmiş baş məşqçisinin ayağının altına yıxılacaq? - Bayıldan CANLI YAYIM

17 Aprel 12:50 I Divizion 503
O da keçmiş baş məşqçisinin ayağının altına yıxılacaq? - Bayıldan CANLI YAYIM

Bu gün I Liqada 22-ci tur start götürəcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.

Çempionatda qalnaq uğrunda mübarizə aparam “Cəbrayıl“ Bayılda “Mingəçevir“i qəbul edəcək.

Qarabağ təmsilçisinin işi asan olmayacaq. AFFA Hakimlər Komitəsi bu oyuna elə bir adamı baş hakim təyin edib ki…

Əkbər Əhmədov keçmiş futbolçudur. O, hazırda “Mingəçevir“i çalışdıran Füzuli Məmmədovun yetirməsi olub.

Bu isə açıq-aşkar şübhə yaradır - Əkbər sabiq futbol müəlliminə görə ədalət hissinə tüpürəcək, tərəfkeşlik edəcəkmi?

“Cəbrayıl” – “Mingəçevir”
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Rizvan Süleymanov, Şamil İmanzadə
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Məmmədov
“ASCO Arena”, 13:00

Digər Xəbərlər
Xəbər Lenti