I Divizionda yeni mövsümün startından 6 həftə keçib. İlk baxışdan burda vəziyyət ümumən normaldı.
Çempionatda hələ ki qalmaqal yaşanmayıb, oyun alqı-satqıları ilə bağlı ciddi şübhələr yaranmayıb. UEFA-ya isə bu, belə gəlmir.
AFFA saydığını saysın, görün, Avropa futbol təşkilatının İsveçrədəki mənzil-qərargahında əyləşənlər nə sayir!
Sportinfo.az-ın məlumatına görə, UEFA-dan bakıya növbəti serkulyar məktub daxil olub. Gizli namədə nəticəsi sual altına düşən bor neçə oyun haqda bilgilər yer alıb.
Söhbər “Binə”, “Sabah”, “Qaradağ Lökbatan”, MOİK və “Mil-Muğan”ın iştirakıyla keçirilmiş qarşılaşmalardan gedir.
UEFA bu klubların bəzi futbolçularının Çin, Sinqapur, Gürcüstan və bəzi Asiya ölkələrinin bukmeyker kontorları ilə “işbirliyi” qurmasından şübhələnir.
AFFA bu məqsədlə hərəkətə gəlib: noyabrın 13-də bütün divizion klublarının rəhbər şəxsləri, baş məşqçi və kapitanları federasiyaya dəvət olunub.
Təbii ki, məşvərətə yox. Hamısına xəbərdarlıq olunacaq. Cəza növü isə indidən bəllidi: adları yenə bu işlərdə hallanacaq komandalar sezonun gedişində yarışdan kənarlaşdırılacaq. Ötən mövsüm “Şərurspor” və “Rəvan”I uzaqlaşdırdıqları kimi.

