I Divizionda 7-ci tura start verilib. Sportinfo.az xəbər verir ki, ilk oyun günündə baş tutub. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi "Sabah" - "Ağsu" oyununda qapılara 5 qol vurulub.
Qələbəni meydan sahibləri bayram ediblər. Beləcə, Arif Əsədov bir qədər sakit nəfəs almaq imkanı yaxalayıb. Axı komandası son turlarda məğlubiyyətləri sıralayırdı. Günün digər oyununda MOİK “Mil-Muğan”a 4 cavabsız qolla qalib gəlib.
Ordu təmsilçisi hesabı darmadağın həddinə son 2 dəqiqədə çatdırıb. Yəqin Aqil Məmmədov gecəni rahat yatıb. Daha nə qaldı, İmişli klubunun rəhbərliyində qiqası qalmışdı, onu da onlardan aldı. Ötən mövsüm “pambıqçılar”I çalışdıran Məmmədov burden başını götürüb qaçdı.
“Mil”in baş idarəçisi olan Mirheydər Səfiyevlə və bəzi yerli futbolçularla münaqişə üzündən. 1-2 ay da ləngisəydi, adı bədnam olacaq, hamı onu “Alverçi Aqil” kimi tanıyacaqdı. Oyun alqı-satqısının şıdırığı getdiyi komandanın ipini artıq əlində saxlaya bilməzdi. Yenə sağ olsun, Ramin Musayev! Gətirib MOİK-də iş verdi.
MOİK – “Mil-Muğan” 4:0
Qollar: İsmayıl İbrahimli, 26. Kamil Nurəhmədov, 67. Bəhruz Teymurov, 90+1; 90+2.
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Maqsud Şıxəliyev, Vüsal Əliyev.
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu.
“Sabah” – “Ağsu” 3:2
Qollar: Şirməmməd Məmmədov, 23. İlqar Ələkbərov, 59. Məhəmməd Alıyev, 65 - Fərrux Rəhimov, 56. Təmraz Əmircanov, 90+2.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rəşadət Cəfərov, Alik Yunusov.
Binə. Qəsəbə stadionu

