Aqil Məmmədovun MOİK-də debütünü korlayan Malik oldu

3 Noyabr 2017 18:12 I Divizion 741
Aqil Məmmədovun MOİK-də debütünü korlayan Malik oldu

Azərbaycan Birinci Divizionunda 6-cı tura yekun vurulub. Sportinfo.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

Liderlər qrupunda qərarlaşan “Xəzər” əsas izləyicilərindən olan “Binə”ni qəbul edib. Qarşılaşma qolsuz başa çatıb.

Günün digər oyununda “Ağsu” ikinci pillədə qərarlaşmış MOİK-lə qarşılaşıb. Bu oyunda da qalib müəyyənləşməyib.

MOİK-də Ramil Əliyevi əvəzləyən Aqil Məmmədovun debütdə qələbə qazanmasını 90-cı dəqiqədə Malik Babayev əngəlləyib.

“Xəzər” – “Binə” 0:0
Şüvəlan. “AZAL Arena”

“Ağsu” – MOİK 1:1
Malik Babayev, 90 - Bəhruz Teymurov, 25-pen.
Ağsu. Şəhər stadionu

Turun digər oyunları: “Mil Muğan” – “Zaqatala” 2:1, “Şüvəlan” – “Qaradağ Lökbatan” 1:2, “Turan Tovuz” – “Sabah” 4:0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti