Sadıq Sadıqovun oğlu “Qaradağ”da dəyişikliyə hazırlaşır

3 Noyabr 2017 12:48 I Divizion 935
Sadıq Sadıqovun oğlu “Qaradağ”da dəyişikliyə hazırlaşır

I divizonda VI tura start verilib. Sportinfo.az xəbər verir ki, ilk oyun günündə üç matç baş tutub.

"Turan Tovuz" doğma meydanda debütant "Sabah"ı darmadağın edib - 4:0. Lider "Qaradağ Lökbatan" səfərdə "Şüvəlan"a 2:1 hesabı ilə qalib gəlibsə, "Mil-Muğan" isə evdə sevinib.

Şüvəlan səfərində əldə olunan 3 xal Həbəb Ağayevin kreslosunu bir neçə həftəlik möhkəmləndirib. Azər Bağırovu əvəzləyən gənc çalışdırıcının yerinə daha təcrübəli birinin gətirilməsi yenə gözləniləndi.

Çünki “Neftçi” İdman Klubunun sədri Sadıq Sadıqovun böyük oğlu Anar Sadıqov kurasiyasındakı klubun gələn mövsüm Preçyer Liqaya buraxılacağına ümid edir və Ağayevə bu yola çıxmaq istəmir.

"Turan Tovuz" - "Sabah" 4:0

Emin Zamanov, 31. Elnur Səmədov, 56; 89. Ziyabil Məmmədov, 90+3.

"Şüvəlan" - "Qaradağ Lökbatan" 1:2

Mirkamil Həşimli, 8 - Coşqun Süleymanov, 88. Sabir Allahquliyev, 90+4.

"Mil-Muğan" - "Zaqatala" 2:1

Elmir Sulxayev, 57 (avtoqol). Elxan Məmmədov, 80 - Vəzir Musayev, 65.

1. Qaradağ L. 6 5 1 0 10-4 16

2. Turan T. 6 3 1 2 10-9 10

3. MOİK 5 3 1 1 7-4 10

4. Xəzər 5 2 2 1 7-3 8

5. Sabah 6 2 1 3 7-7 7

6. Binə 5 2 1 2 7-4 7

7. Şüvəlan 6 2 1 3 7-6 7

8. Ağsu 5 2 1 2 7-9 7

9. Mil-Muğan 6 2 1 3 8-11 7

10. Zaqatala 6 0 0 6 2-15 0

Bombardir: Elnur Səmədov (Turan Tovuz) - 6.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti