
Azərbaycan I Liqasında XIII tura start verilib.
Sportinfo.az xəbər verir ki, bu gün baş tutan qarşılaşmalarda maraqlı nəticələr qeydə alınıb.
Çempionatın lideri “Qəbələ” Şamaxıda “Difai”ni çətinliklə üstələyib. “İmişli” doğma rauonda “Karvan”ın qapısından iki cavabsız top keçirib.
MOİK isə “Cəbrayıl”la matçda hesabda geri düşsə də, ikinci hissədə vurduğu qollarla 3 xal istəyinə çatıb.
MOİK - "Cəbrayıl" 2:1
Qollar: R.Orucov, 51, C.Tağıyev, 70 - Z.Abdurahmanov, 24
"İmişli" - "Karvan" 2:0
Qollar: E.Rəhimzadə, 58, O.Timilehin, 67
"Difai" - "Qəbələ" 0:1
Qollar: M.Musayev, 64