Azərbaycan Birinci Divizionunda 5-ci tura yekun vurulub. Sportinfo.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.
MOİK ev oyununda “Turan Tovuz”la qarşılaşıb. Üç qolun vurulduğu oyunda qələbəni meydan sahibləri bayram ediblər.
“Sabah” isə Binədə “Xəzər”lə münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşmada qonaqlar tək qolla 3 xala sahib çıxıblar.
MOİK – “Turan Tovuz” 2:1
Qol: Bəhruz Teymurov, 17. İsmayıl İbrahimli, 47 - Elnur Səmədov, 5.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Etibar Həsənov.
Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
“Sabah” – “Xəzər” 0:1
Qol: Fərid Səmədzadə, 21-pen.
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Vüqar Bayramov, Fərid Məmmədov
Binə. Qəsəbə stadionu.

