“Qaradağ Lökbatan”a 80, "Turan"a 100 manat - Ver, görüm!

19 Oktyabr 2017 00:46 I Divizion 785
“Qaradağ Lökbatan”a 80, "Turan"a 100 manat - Ver, görüm!

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

MOİK – “Şüvəlan” matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Binə” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Turan Tovuz” – “Mil-Muğan” matçında “Turan Tovuz” və "Mil-Muğan" klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub.

Oyunun 71-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Elməddin Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti