“Neftçi”nin tanınmış hücumçusu da “Qaradağ”a getdi

24 Oktyabr 2024 16:00 I Divizion 14 839
“Neftçi”nin tanınmış hücumçusu da “Qaradağ”a getdi

«Neftçi»nin yetirməsi Mirabdulla Abbasov karyerasını bərpa edib.

29 yaşlı hücumçu 1 illik aradan sonra yaşıl sahələrə dönməyi qərara alıb.

2018-ci ildə Premyer Liqanın ən yaxşı oyunçusu seçilmiş forvard bundan sonra I Liqada forma geyinəcək.

O, Araz Abdullayevin ardınca «Qaradağ Lökbatan»ın yolunu tutub. Abbasov gələn ilin yayınadək, yəni, mövsümün axırınadək Lökbatan təmsilçisinin uğurları üçün çalışacaq.

Mirabdullanın son klubu «İrəvan» olub. Keçən sezona bu komandada başlasa da, 2023-cü ilin okatyabrında çıxışını dayandırıb.

Bir neçə ay maaş ala bilməyən hücumçu karyerasına məcburi fasilə vermək məcburiyyətində qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”