Bu gün I Liqada ikinci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, «Qəbələ» çemponatda ilk qələbəsini Lökbatanda qazanıb.
Kaxaber Sxadadzenin çalışdırdığı əyalət təmsilçisi yerli «Qaradağ»ın qapısından 5 cavabsız top keçirib. Debütant «Baku Sportinq»lə MOİK-in duelindən qol səsi çıxmayıb.
«Difai» isə yenə məğlubiyyətlə üzləşib. Öncə «Cəbrayıl»a 0:1 hesabıyla yenilən «fədailər» bu dəfə «İmişli»yə uduzub - 0:4.
“Qaradağ Lökbatan” – “Qəbələ” 0:5
Qollar: Domi Masumo, 12, Fərid Nadirov, 16-avtoqol, Domi Masumo, 38, Eşqin Əhmədov, 47, Abdullahi Şuaybu, 51
Hakimlər: Səbuhi Bayramov, Asiman Əzizli, Tərlan Talıbzadə, Sənan Bayramzadə
Lökbatan OİK stadionu
“Baku Sportinq” – MOİK 0:0
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Orxan İbişov, Nazim Abdullayev
“Baku Sportinq Arena”
“Difai” – “İmişli” 0:4
Qollar: İdris İnqilablı, 12, 58, Kamil Hüseynov, 17 (özz qap), Bahadur Həziyev, 90
Hakimlər: Vüqar Həsənli, Sənan Atayev, Nurlan Əhmədzadə, Rəsul Babayev
Şamaxı OİK stadionu
|
BOMBARDİRLƏR:
Bəhruz Teymurov ("Karvan") - 3 qol
Aqil Nəsibov ("Mingəçevir") - 2 qol