"Əlincə" nə Premyer Liqada çıxış edib, nə də I Divizionda. Sadəcə olaraq, bu klubun rəhbərliyi həmişə mətbuatla əlaqələrin vacibliyini anlayıb. Elə bu səbəbdən də ilk vaxtlardan klubda mətbuat işlərini görən şəxslər çalışıb.
İndi baxıram I Divizion klublarına, "Binə" və "Şüvəlan"dan başqa digərlərinin işlərini görə bilmirəm. Çoxlarının nəinki saytları, heç facebook səhifələri də yoxdu.
Yəqin ki, həmin klub rəhbərləri bu işin vacibliyinin fərqinə varmırlar. Bu klubların çoxuna elə AFFA-nın özünün sponsorluq etməsi də ayrı bir söhbətin mövzusudu...
Bəlkə də bəziləri "əşşi, nəyimizə lazımdı, bunun bizə nə xeyri var" - deyə düşünür. Günah bu düşüncəsi dar rəhbərlərdə yox, ora onları rəhbər qoyub, iş tapşırıb, icra eləməyə layiq bilənlərdədi, təbii ki...
Hər klubun heç olmasa, ən azı 1 facebook səhifəsi (hələ sayt demirəm) olsa və onu idarə edən şəxs təyin olunsa, nə olardı?
1) Media nümayəndələrinin klubla bağlı məlumatları əldə etməsi asanlaşardı
2) Klub azarkeşləri sevimli komandaları haqda gündəlik məlumatlar əldə etmiş olardı
3) Gördüyünüz işlər ortaya çıxardı (burda onların xeyri var
PİS OLARDI?!
Mirələm Həsənli
Baxdığınız video materialın ərsəyə gəlməsində (görüntülərin qeydə alınmasından tutmuş montajına kimi) yalnız 1 nəfərin zəhmətindən istifadə olunub
-3:14

