I Divizonda çıxış edən MOİK-in baş məşqçisi istefa verib. 31 yaşlı mütəxəssis Azərbaycan Kubokunun 1/16 final mərhələsində “Turan Tovuz” üzərində 2:1 hesablı qələbədən sonra postundan gedib.
Ramil Əliyev ötən ilin noyabrından MOİK-in baş məşqçisi idi. Bu postda Müşviq qənbərovu əvəzləyən çalışdırıcı MOİK-də başqa birvəzifə də tutur – vitse-prezident. Yəqin ki, əvvəlki işində qalacaq.
Sportinfo.az-ın məlumatına görə, əslində, istefa qərarını MOİK-in rəisi Rəşad Əliyev verib.
O, komandann qarşısına Premyer Liqaya vəsiqə qnazanmaq məqsədi qoyduğundan, sükan arxasına təcrübəli mütəxəssis gətirmək niyyətindədi.

