Azərbaycan birinci divizionunda 3-cü turun hakim təyinatları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, "Turan Tovuz" - "Mil-Muğan" qarşılaşması adətən Premyer Liqa oyunlarına təyinat alan İnqilab Məmmədova həvalə edilib.
"Binə" - "Qaradağ Lökbatan" matçında isə FİFA referisi Ömər Paşayev fit çalacaq. Turun bütün görüşləri saat 15:00-da başlanacaq.
15 oktyabr
Sabah - Zaqatala
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mehman Mahmudov, Qorxmaz Eldarov
Binə. qəsəbə stadionu
16 oktyabr
Turan Tovuz - Mil-Muğan
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Habil Əliyev, Namiq Bəkirov
Tovuz. Şəhər stadionu
Ağsu - Xəzər
Hakimlər: Ramil Diniyev, Roman Vasilyev, Hüseyn Əsgərov, Vüqar Həsənli
Ağsu. Şəhər stadionu
MOİK - Şüvəlan
Hakimlər: Rəvan Həmzəzadə, Aleksandr Musatkin, Vüsal Qənbərov, Nicat İsmayıllı
Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu
Binə - Qaradağ Lökbatan
Hakimlər: Ömər Paşayev, Eyyub İbrahimov, Elşad Abdullayev, Hacıəli Ağayev
Binə. Qəsəbə stadionu

