Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Xəzər” - “Turan Tovuz” matçında “Xəzər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Şüvəlan” – “Ağsu” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
Oyunun 79-cu dəqiqəsində “Şüvəlan”ın futbolçusu Vadim Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Mil-Muğan” - “Binə” matçının 90+3-cü dəqiqəsində “Binə”nin futbolçusu Kamil Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

