"Qaradağ" çempion olsun, sonra necə olacağını görəcəyik"

9 Oktyabr 2017 14:00 I Divizion 977
"Qaradağ" çempion olsun, sonra necə olacağını görəcəyik"

Sportinfo.az xəbər verir ki, "Qaradağ Lökbatan" I Divizionun 2-ci turunda öz meydanında "Sabah"ı 2:1 məğlub edib. Qarşılaşmadan sonra ev sahiblərinin baş məşqçisi Həbib Ağayev sportal.az-a danışıb:

İlk öncə oyun haqda fikirlərinizi bildirərdiz...

- İlk turda qeydə alınan nəticələr də göstərir ki, bütün komandalar eyni səviyyədədi. Bu günkü oyun çox çətin oldu. Bundan sonra bütün oyunlar belə ağır olacaq. Komandalar bir-birini bir top fərqi ilə məğlub edirlər. Bu da rəqabətdən xəbər verir. Mən belə düşünürəm. İlk oyunumuzla ikinci oyunumuz arasında vaxt da az idi. Buna görə də komandanı oyuna yüksək səviyyədə hazırlamaq çox çətindi. Komandanı yaxşı hazırlamaq üçün geniş heyətə malik olmaq lazımdı. Çətin də olsa, qələbə qazana bildik.

Komandanızın oyunu sizi qane etdi?

- "Qaradağ Lökbatan"a yeni baş məşqçi təyin olunmuşam. Komandadan tam razı ola bilmərəm. Az vaxtda çox iş görmək çətindi. Amma nəticədən razıyam.

Dəyişikliyiniz özünü doğrultu. Meydana daxil olan futbolçu qələbə qolunu vurdu. Əvəzetmə edərkən həmin futbolçunun qol vuracağına inanırdız?

- Qurduğum sistemdə belədi ki, hansı futbolçu öz funksiyasını yerinə yetirmirsə, onu əvəzləyirəm. Meydana daxil etdiyim oyunçu da özünü doğrultdu. Buna görə də sevinirəm.

"Qaradağ Lökbatan"ın hədəfi nədi?

- Bu komandanın hədəfi həmişə çempionluq olub. Biz də çempionluğa oynamağa çalışacağıq.

Əvvəlki mövsümlərdə çempion olan komandaları Premyer Liqaya buraxmayıblar. Bu komandaların motivasiyasına necə təsir edir?

- Biz nə edə bilərik ki? Öz işimizi görəcəyik. Az da olsa, işıq yeri varsa, o işığa doğru gedəcəyik. Biz çempion olaq, ondan sonra necə olacağını görəcəyik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti