I Divizionda 2-ci tura start verilib. Sportinfo.az xəbər verir ki, “Turan Tovuz” “Xəzər”lə səfər qarşılaşmasında darmadağın olub - 0:4.
İlk turda "Şüvəlan"a təsadüf nəticəsində qalib gələn son çempion Bakıya problem "yük" ilə təşrif buyurub. Klub rəhbərliyindən narazı qalan Əsgər Abdullayev oyuna barmaqarası yanaşıb. Sırf maliyyə məsələlərində istəklərinin yerinə yetirilməməsinə görə.
“Qaradağ Lökbatan” doğma meydanda “Sabah”ı məğlub edib. Startda MOİK-i üstələyən QL-ın qələbə qoluna Ein Mustafayev imza atıb. Bununla, Həbib Ağayev maksimum nəticəyə imza atıb. Lakin bu, o demək deyil ki, Ağayev uzun müddət postda əyləşəcək.
Təyinatı müvəqqəti xarakter daşıyır. Azər Bağırovun qəfil istefasından sonra sükan arxasına keçən gənc mütəxəssislə 1 illik müqavilə bağlandığı açıqlansa da, əslində, ona 4-5 turluq möhlət verilib.
“Qaradağ Lökbatan” – “Sabah” 2:1
Coşqun Süleymanov, 43. Emin Mustafayev, 78 - Şirməmməd Məmmədov 35.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu
“Xəzər“ - “Turan Tovuz“ 4:0
Şahin Baleljae, 6-pen.; 34; 82. Əbülfət Abbasov, 77.
Şüvəlan. “AZAL Arena”.
|
1 |
Qaradağ Lökbatan |
2 |
2 |
0 |
0 |
3-1 |
6 |
|
2 |
Ağsu |
1 |
1 |
0 |
0 |
1-0 |
3 |
|
3 |
Mil-Muğan |
1 |
1 |
0 |
0 |
1-0 |
3 |
|
4 |
Xəzər |
2 |
1 |
0 |
1 |
4-1 |
3 |
|
5 |
Sabah |
2 |
1 |
0 |
1 |
1-1 |
3 |
|
6 |
Turan Tovuz |
2 |
1 |
0 |
1 |
1-4 |
3 |
|
7 |
Binə |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
|
8 |
MOİK |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
|
9 |
Şüvəlan |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
|
10 |
Zaqatala |
1 |
0 |
0 |
1 |
0-1 |
0
|

