COP29

Premyer Liqaya həsrət qalan komandanın baş məşqçi postuna namizədlər

9 İyun 01:20 I Divizion 1 446
Premyer Liqaya həsrət qalan komandanın baş məşqçi postuna namizədlər

Bir neçə gün Əsgər Abdullayevlə yolları ayıran "İmişli"nin baş məşqçi postuna namizədlər müəyyənləşib.

bunu "report"a açıqlamasında I Liqa təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib.

Onun sözlərinə görə, Ə.Abdullayevin gedişindən sonra boş qalan posta "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Azər Bağırov, hazırda "Qaradağ Lökbatan"ı çalışdıran Azər Həşimov, həmçinin ötən ildən İmişli təmsilçisi ilə əməkdaşlıq edən gənc mütəxəssis Fərid Namazov namizəddir.

Klub hələ ki, qərar verməyə tələsmir. Bu məsələ AFFA-nın I Liqa klubları üçün ayıracağı büdcədən asılı olacaq.

"İmişli" Azərbaycan I Liqasında 2023/2024 mövsümünü 47 xalla 4-cü pillədə başa vurub. Klub ötən həftə baş məşqçi Əsgər Abdullayevlə yolları ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?