"Nəhayət, gələn yay Premyer Liqaya vəsiqə qazanmağı hədəfləmişik" - Tahir Mustafayev

3 Oktyabr 2017 11:36 I Divizion 1 701
"Nəhayət, gələn yay Premyer Liqaya vəsiqə qazanmağı hədəfləmişik" - Tahir Mustafayev

"Bu dəyişikdik əvvəlcədən planlaşdırılmırdı. Şəxsi həyatına görə bu qərarı verdi. Deyəsən, Azərbaycandan getmək istəyir" - Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qaradağ Lökbatan"ın prezidenti Tahir Mustafayev deyib.

QL I Divizionda yeni mövsümə Həbib Ağayevlə başlayacaq. Azər Bağırovla vidalaşan Bakıətrafı qəsəbə təmsilçisi komandanın sükanını gənc mütəxəssisə tapşırıb.

Ağayev bunadək Bağırovun köməkçisi olub. Onunla mövsümün sonunadək müqavilə imzalanıb. Önünə qoyulan məqsəd çox ciddidi: "Qaradağ" üzümüzə gələn sezonu çempion bitirməlidi.

T.Mustafayev bildirib ki, o, yeni baş məşqçiyə savadına görə güvənib: "Həbib Ağayev müxtəlif klublarda, millilərdə işləyib. Təcrübəsi və savadı kifayət qədərdi. Bizə uğurlu olacağına inanıram.

Neçə vaxtdı burdadı, elə hazırkı komandanın yığılmasında da yaxından iştirak edib. Azər Bağırovun köməkçisi kimi futbolçu seçimində rolu olub. Mənə elə gəlir ki, o, öz işinin öhdəsindən layiqincə gələcək. Rəşad Məmmədovla Elxan Ağayevi ona köməkçi təyin etmişik.

Yeni kollektiv formalaşdırmışıq. 12-13 nəfəri yola salıb, eyni sayda futbolçunu sıralarımıza qatmışıq. Vüsal Qarayev, Pərvin Paşayev, Ruslan Poladov və digər təcrübəli futbolçularla yanaşı, limitə düşən gənclərə üstünlük vermşik.

Builki çempionat əvvəlkilərdən çətin keçəcək. Düzdü, mən komandaların sayının azaldılmasının tərəfdarı deyiləm, ancaq görürəm ki, yaxşı futbolçuların hamısı 10 iştirakçı arasında bölünüb. Bir dənə zəif komanda yoxdu.

Əvvəl adlara baxıb zəif rəqib tapmaq olurdu, indi oyunların hamısı bir-birindən ağır keçəcək. "Qaradağ Lökbatan" növbəti mövsümü çempion bitirməlidi. Bizim məşqçilərdən və futbolçulardan tək istəyimiz budu. Nəhayət, gələn yay Premyer Liqaya vəsiqə qazanmağı hədəfləmişik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti