Azərbaycan futbolunda qəribə hadisə: "İrəvan"ın dadına "Difai" çatdı - VİDEO

9 Mart 09:40 I Divizion 574
Azərbaycan futbolunda qəribə hadisə: "İrəvan"ın dadına "Difai" çatdı - VİDEO

I Liqanın 17-ci turunda keçirilən «Difai» - «İrəvan» matçında ikincilər adına biabırçı hadisə baş verib.

Belə ki, Şamaxıya 15 futbolçu ilə gələn qonaqlar həkimi «yaddan çıxarıb».

Əslində isə debütantın həkim ştatı boş deyil. Problem ondadır ki, klub rəhbərliyi bu şəxsi aldadıb, onun qarşısında götürdüyü maliyyə öhdəliyini yerinə yetirməyib.

Əməkhaqqısını ala bilməyən həkim səfərə çıxmaqdan imtina edib.

Şamaxıdakı qarşılaşmanın ikinci hissəsində «İrəvan»ın futbolçusu zədə alaraq yerdə qalıb. B

aş məşqçi Nazim Süleymanovun köməkçisi Samir Ələkbərov qarşı tərəfə həkimlərinin olmaması barədə məlumat verən kimi «Difai»nin tibbi personalı yardıma tələsib.

Onlar ağrılar içində qıvrılan oyunçuya köməklik göstəriblər.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI