Bir neçə futbolçu çıxıb getdi, “evpulu” problemə döndü

28 Fevral 19:40 I Divizion 1 607
Bir neçə futbolçu çıxıb getdi, “evpulu” problemə döndü

I Liqada mübarizə aparan “Mingəçevir” maliyyə çətinliyi ilə üzləşib.

Komandanın 2024-cü ilə uğursuz start verməsinin kökündə məhz bu amil dayanır.

Maaşlarının artırılmasını tələb edən bir neçə futbolçu “işıqlar şəhəri” təmsilçisinin düşərgəsindən ayrılıb.

Həmçinin klub digər yerlərdən gələrək Mingəçevirdə ev kirayələyən oyunçuları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmir.

Adicə evpulunu ödəməyə çətinlik çəkən “Mingəçevir” rəhbərliyi onlara öz başının çarəsini qılmağı məsləhət görüb.

Ədahim Niftəliyevin çalışdırdığı komanda yeni ilin ilk 3 turunda yenilgi ilə üzləşib. “Şamaxı” və MOİK-ə evdə, “İrəvan”a səfərdə 0:1 hesabıyla uduzublar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI