DTX-nın birbaşa dəstəyi ilə yaradılan klubdan MARAQLI VİDEOREPORTAJ

22 Fevral 11:40 I Divizion 1 176
DTX-nın birbaşa dəstəyi ilə yaradılan klubdan MARAQLI VİDEOREPORTAJ

«Real TV» I Liqada mübarizə aparan «Difai» haqda geniş videoreportaj hazırlayıb.

Burada klubun yaradılması və məqsədləri barədə geniş söhbət açılıb.

Bildirilib ki, «Difai» Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birbaşa dəstəyi ilə ərsəyə gətirilib. Qeyd olunub ki, 2022-ci ildə futbol səhnəsinə «ayaq açan» komanda DTX-nın himayəsi və qayğısı ilə qısa müddətdə bir sıra uğurlara imza atıb.

Öncə Region Liqasında özünü göstərib, ardınca I Liqada çıxış etməsi qərara alınıb. Vurğulanıb ki, «fədailər» II Qarabağ müharibəsinin iştirakçı və qazilərini bir araya gətirib, onları idman aləminə qaytarıb.

Başqa sözlə, dünən müharibə meydanında qələbələr qazanan döyüşçü-futbolçular indi də futbol meydanında zəfərlər əldə etmək niyyətindədir.

«Difai» Dövlət Təhlükəsizliyi Xidmətinin Bilgəh qəsəbəsində yerləşən istirahət mərkəzində təlim-məşq toplanışı keçib.

Reportajda toplanışın gedişatından bəhs edən kadrlar yer alıb, klubun prezidenti Asəf Məlikov fikirlərini dilə gətirib.

Futbol veteranları Oqtay Abdullayev və Yunis Hüseynov «Difai»nin perspektivi barədə danışıb.

Bildiriblər ki, II Qarabağ müharibəsindən sonra belə bir klubun yaradılması mühüm və düzgün qərardır, eyni zamanda onun uğurlu layihə olacağına əmindirlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı