"Komandamız bu il çempionatı tərk etməyəcək" - PREZİDENT

20 Fevral 14:40 I Divizion 2 405
"Komandamız bu il çempionatı tərk etməyəcək" - PREZİDENT

«Komandamız bu il çempionatı tərk etməyəcək».

«Araz Saatlı»nın prezidenti Ədalət Abdullayev Sportinfo.az-a açıqlamasında belə deyib.

Saatlı klubunun rəhbəri I Liqada qalmaq uğrunda mübarizə apardıqlarını, yekunda bunun öhdəsindən gələcəklərinə əminliyini ifadə edib.

O bildirib ki, birincilikdə ilk dəfə yarışsalar da, qısa müddətdə böyük işlər görüblər:

«Araz Saatlı» Birinci Liqanın ən sabit komandalarından biridir. Maliyyə məsələlərimiz qaydasındadır.

Bütün ödənişləri vaxtında icra edirik. Şəraitimiz də yaxşıdır.

Saatlıya gətirdiyimiz bütün futbolçuları evlə təmin eləmişik. Onların qalmaq və qida problemi yoxdur.

Olimpiya Kompleksində hər cür şərait yaradılıb. Bizdə ailə mühiti mövcuddur.

Daim komandanın yanındayıq. Futbolçuların asudə vaxtlarını səmərəli keçirmələri üçün mümkün olan hər şeyi etmişik.

Mən hazırkı heyətimizə çox inanıram. Qış fasiləsində xeyli sayda dəyişikliyə getmişik.

Gedən oyunçuların yerinə daha güclülərini gətirmişik. Əminəm ki, Birinci Liqada qalacağıq.

Şəhər rəhbərliyinin də bizə dəstəyi var. Bunların hamısı çox vacib faktordur.

Saatlıda futbola maraq böyükdür. Hər oyunumuza yüzlərlə azarkeş gəlir».

Aran təmsilçisi mövsümün geridə qalan hissəsində 14 oyuna çıxıb və 4 xal toplayıb. Kollektiv bu göstərici ilə turnir cədvəlində sonuncu pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti