Divizona start: 10 komandanın iştirakı ilə 3 dövrədən ibarət olacaq

25 Sentyabr 2017 14:12 I Divizion 731
Divizona start: 10 komandanın iştirakı ilə 3 dövrədən ibarət olacaq

I Divizionunda 2017/2018 mövsümünün püşkatma mərasimi keçirilib. Sportinfo.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əvvəlcə çempionatın formatı barədə danışıb.

O bildirib ki, əvvəlki mövsümlərdən fərqli olaraq, bu dəfə mübarizə 10 komandanın iştirakı ilə 3 dövrədən ibarət olacaq. Bu addım hər bir klubun daha çox oyun keçirməsi üçün atılıb.

Reqlamentə əsasən, püşkün nəticəsinə görə I dövrədə ev sahibi kimi çıxış edəcək komanda III dövrədə də rəqibini öz meydanında qəbul edəcək.

Yəni, komandalardan 5-i mövsüm ərzində 13, 5-i isə 14 matçı evdə keçirəcək. Komandaların start heyətində 2 legioner yer ala bilər. 3 yerli oyunçu isə mütləq 21 yaşadək olmalıdır.

R.Musayev I Divizionda danışılmış oyunlarla bağlı UEFA-dan ciddi xəbərdarlıq aldıqlarını diqqətə çatdırıb. O, belə hallara qarşı mübarizə məqsədilə oyunlara gizli nümayəndələr göndərəcəklərini açıqlayıb. Daha sonra püşk atılıb və ilk turun cütlükləri müəyyənləşib:

“Xəzər” - “Mil-Muğan”
“Turan-Tovuz” - “Şüvəlan”
“Ağsu” - “Zaqatala”
MOİK - “Qaradağ-Lökbatan”
“Sabah” - “Binə”

İlk turun oyunları oktyabrın əvvəllərində olacaq. Komandalardan 4-ü - “Şüvəlan”, “Binə”, “Xəzər” və “Sabah” debütantlardır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti