Etibar Pirverdiyev Rövnəq Abdullayevə niyə ağız açmayıb?

25 Sentyabr 2017 11:00 I Divizion 1 131
Etibar Pirverdiyev Rövnəq Abdullayevə niyə ağız açmayıb?

Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Sportinfo.az xəbər verir ki, iclasda “Bakılı” FK və “Şahdağ” FK tərəfindən I Divizionda iştirakla bağlı daxil olmuş müraciətlərə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:


1. “Bakılı” FK və “Şahdağ” FK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın.
2. Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

Qərardan hər şey aydındı: aşağı dəstənin növbəti mövsümü 10 komandanın iştirakı ilə keçəcək.Çempionatdan kənarda qalanların sayı 6 idisə, indi belə görünür ki, onlardan yalnız "Bakılı" ilə "Şahdağ" rəsmi şəkildə etiraz bildirib, qalanları isə ağzına su alaraq oturub və qisməti ilə barışıb.

"Bakılı"nın prezidenti Misir Əbilov bu məqsədlə dəfələrlə AFFA-da olub, müxtəlif rəsmilərlə bir araya gəlib. Onun federasiya prezidenti, yaxın dostu Rövnəq Abdullayevlə görüşmək istədiyi, lakin bəzm şəxsilərin buna imkan vermədiyi bildirilir. Ev oyunlarını illərdi "İnter Arena"nın 4-cü meydançasında keçirən paytaxt komandasının artıq bura buraxılmamasını da qeyd edək.

"Şahdağ"a gəlincə, klubun sponsoru Etibar Pirverdiyevin – "Azərenerji"nin sədrinin R.Abdullayevlə əlaqə saxlamaq istədiyi, sonradan isə fikrindən vaz keçliyi söylənilir. Onu sözünün yerə düşə biləcəyi ehtiyatlandırıb. Hərçənd ki, Qusar təmsilçisi "Ekspressbank"dan, yenə də Pirverdiyevə məxsus olduğu deyilən bankdan 200 min manatlıq zəmanət məktubu aldığı məlumdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti