Nazir öz klubunu idarə etməyi "Səbail"in şura üzvünə tapşırdı

22 Sentyabr 2017 18:48 I Divizion 1 020
Nazir öz klubunu idarə etməyi "Səbail"in şura üzvünə tapşırdı

Ötən gün Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti postunda Nazim İbrahimovu əvəzləyən Mikayıl Cabbarov "Vətən"in rəhbərliyində dəyişiklik edib.

Eyniadlı idman cəmiyyətinin direktoru Mustafa Həsənov I Divizionda yarışacaq yeni klubun idarəçiliyindən uzaqlaşdırılıb.

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov debütantın başına gətirilib.

Maraqlıdı ki, sözügedən şəxs eyni zamanda "Səbail"də fəaliyyət göstərir. O, Premyer Liqada ilk mövsümün keçirən "aslanlar"ın Müşahidə Şurasının üzvüdü.

Hazırda həm qılıncoynatma, həm də badminton federasiyasına rəhbərlik edən M.Cabbarov "Vətən"in qarşısına Premyer Liqaya vəsiqə məqsədi qoyub. Kluba yeni sponsorlar cəlb olunub, növbəti dəfə vəzifə bölgüsü aparılır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti