Məmmədov AFFA-nın diviziona buraxmadığı komandanın sükanı arxasında

21 Sentyabr 2017 08:36 I Divizion 1 264
Məmmədov AFFA-nın diviziona buraxmadığı komandanın sükanı arxasında

"Mil-Muğan"dan qaçan Aqil Məmmədovun yeni iş yeri müəyyənləşib. Sportinfo.az-ın məlumatına görə, rəhbərliklə yola getməməsi səbəbindən İmişli klubundan ayrılan gənc mütəxəssis fəaliyyətini "Göyçə"də davam etdirəcək.

Sabiq "Sumqayıt"lı hələlik AFFA tərəfindən diviziona buraxılmayan komandada Bəhmən Həsənovu əvəzləyib. Bu təyinat Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin təkidi ilə baş tutub.

Yoxsa "Göyçə"nin prezidenti Mübariz Məmmədovun Bəhmən Həsənova toxunmaq fikri yox idi. O, çempionatda iştirak xatirinə nəinki "alverçi Bəhmən"dən, həmçinin onun gətirdiyi futbolçuların və texniki işçilərin xidmətindən imtina edib.

Digər Xəbərlər
Xəbər Lenti