"Mənim haqqımda mətbuatda gedən yazıların əksəriyyəti sifarişlidi. Futboldan birdəfəlik getməyimi istəyən insanların çoxu AFFA-da oturub. Mən onları yaxşı tanıyıram".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Şərurspor"un prezidenti Sərdar Bağırov deyib. Ötən mövsümün gedişində AFFA tərəfindən I Diviziondan uzaqlaşdırılan klubun rəhbəri bildirib ki, federasiyanın bəzi rəsmiləri onun futbol naminə çalışmasını istəmir:
"Məqsəd məni ləkələməkdi. 7-8 jurnalit var ki, konkret sifariş yerinə yetirir. Məhkəmə olsa, onlar gəlib kimlərin sifarişini yerinə yetirdiklərini söyləyəcək. Həmin jurnalistlər indi bunu etiraf edirlər. Bu, artıq mənə tamamilə aydındı.
Rövnəq Abdullayevdən başqa AFFA-da heç kim istəmir ki, Azərbaycanda futbol inkişaf etsin. Çünki yalnız ciblərini düşünürlər. AFFA-nı Sadıq Sadıqov kimi insanlar idarə etməlidi.
Niyə Sadıq Sadıqov? O, Rövnəq müəllimə sədaqətli insandı, işini biləndi. Hara gedir, nəticə verir. Əvvəl "Neftçi" ilə böyük uğurlar qazandı, indi də cüdonı yuxarı qaldırır".

