Əyalətdə futbol: "Dava-qırğın"dan sevincək ayrıldılar, qol qaldırıb oynadılar - VİDEO

11 Dekabr 2023 09:40 I Divizion 855
Əyalətdə futbol: "Dava-qırğın"dan sevincək ayrıldılar, qol qaldırıb oynadılar - VİDEO

I Liqanın 10-cu turunda MOİK-ə 2:1 hesabıyla qalib gələn «İmişli»nin paltardəyişmə otağında maraqlı anlar qeydə alınıb.

Ordu komandasına mövsümün ilk məbğlubiyyətini yaşadan aran təmsilçisi çal-çağır qurub.

Yerli və legioner futbolçular musiqi sədaları altında qol qaldıraraq oynayıb. Klub rəhbərliyi və baş məşqçi Əsgər Abdullayevin otağa daxil olması da onları sakitləşdirməyib.

«İmişli» - MOİK matçı gərgin ab-havada keçib. Ev sahiblərindən Həzrət İsayev (23) və Silva Gilyerme (52) fərqlənib.

Qonaqların heyətində İsa Zeynallı 44-cü dəqiqədə penalti vuruşunu yerinə yetirib. İmişlilərin kapitanı Tolqar Yaqubov 87-ci dəqiqədə qırmızı vərəqə alıb.

Həmçinin rəəsmi şəxslərdən Xəzər Kazımlı rəqib oyunçunu təhqir etdiyi üçün «qırmızı» görüb. Baş məşqçi Əsgər Abdullayev də az sonra hakimin qərarına etiraza görə sarı karta tuş gəlib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti