"İrəvan"da çıxış edən Azərbaycan millisinin sabiq müdafiəçisi Elvin Yunuszadə AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.
Sportinfo.az xəbər verir ki, o, Azərbaycan 1-ci liqasının 10-cu turunda "Karvan"la keçirilən səfər matçında stadionun giriş qapısına zərər vurduğu üçün 1 oyunluq diskvalifikasiya edilib.
“İrəvan”ın digər üzvü Əli Əliyev isə stadionun paltardəyişmə otağının qapısına zərər vurduğundan, 1 oyunluq cəzalandırılıb.
"İrəvan" isə futbolçuların bu hərəkətinə görə 200 manat cərimə edilib. Stadiondakı əmlaka dəymiş zərər “İrəvan” klubu tərəfindən ödəniləcək.

