"Karvan" qalib gəldi, "Difai" sonda qələbəni əldən verdi

6 Dekabr 2023 16:40 I Divizion 528
"Karvan" qalib gəldi, "Difai" sonda qələbəni əldən verdi

Bu gün Azərbaycan 1-ci liqasında 10-cu turun oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirləcək. "Karvan" Yevlaxda "İrəvan"ı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.

Digər görüşdə isə "Zaqatala" evdə "Difai Ağsu"nu məğlub edib - 4:2.

“Karvan” – “İrəvan” - 2:0

Qollar: Müşfiq Teymurov, 50, Peter Kinqs, 90+6
Yevlax şəhər stadionu

“Zaqatala” – “Difai Ağsu” - 4:2

Qollar: Roini İsmayılov, 50, Kənan Müslümov, 90, Nizami Səmədov, 90+4, Uoren Lloyd, 90+6 - İlham Allahverdiyev, 18, Rəhman Quliyev, 47
Zaqatala OİK stadionu

7 dekabr (cümə axşamı)

13:00. “Qaradağ Lökbatan” – “Mingəçevir”
Neftçi Futbol Mərkəzi (IV meydança)

14:00. “Araz Saatlı” – “Şamaxı”
Saatlı OİK stadionu

14:00. “İmişli” – MOİK
Heydər Əliyev adına İmişli şəhər stadionu

Digər Xəbərlər
Xəbər Lenti