COP29

Azərbaycan klubunun yeni transferləri iş başında - VİDEO

2 Dekabr 2023 16:00 I Divizion 971
Azərbaycan klubunun yeni transferləri iş başında - VİDEO

Son vaxtlar yeni inkişaf mərhələsinə qədəm qoyan «Difai» I Liqada ikinci dövrəyə hazırlığı davam etdirir.

Dekabrın 6-da «Zaqatala»nın qonağı olacaq «fədailər» gündəlik çalışmalarını Şağanda sürdürür.

Düşərgədə əhval-ruhiyyə yaxşıdır. Elgiz Kərəmlinin yönətimində olan komandaya təzə transferlər də qoşulub.

Moskva «Torpedo»sunun yetirməsi olan sol cinah müdafiəçisi Həsənəli Rəhimovla yanaşı, kamerunlu hücumçu Kristian Kamta və nigeriyalı yarımmüdafiəçi Valter Benjamin Ebuka da məşqlərə qatılıb.

19 yaşlı Valterlə kontrakt mövsümün sonunadək nəzərdə tutulub. Razılaşmaya əsasən, afrikalının çıxışı klub rəhbərliyini qane edərsə, gələn ilin yayında anlaşmanın müddəti daha 1 il uzadılacaq.

Qarabağ qazilərinin təmsilçisi ondan öncə daha 3 oyunçu ilə güclənib.

AZAL-dan tanıdığımız müdafiəçi Kamil Hüseynov və «Neftçi»nin yetirməsi olan hücumçu İlham Allahverdiyev debütantın düşərgəsində yer alıb.

Həmçinin kamerunlu hücumçu Kristian Kamta ilə müqavilə qüvvəyə minib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"