COP29

Azərbaycan klubu təcrübəli baş məşqçisi ilə yolların ayırmağa hazırlaşır

24 Noyabr 2023 22:20 I Divizion 4 658
Azərbaycan klubu təcrübəli baş məşqçisi ilə yolların ayırmağa hazırlaşır

"İmişli" baş məşqçi dəyişikliyinə hazırlaşır.

Birinci Liqa təmsilçisinin rəhbərliyi hazırkı çalışdırıcısı Əsgər Abdullayevin işindən narazıdır.

Komanda onun rəhbərliyi altında meydana çıxdığı 9 turda cəmi 4 qələbə qazana bilib.

Bununla da Abdullayevin komandası 15 xalla birinci dövrəni 5-ci pillədə bitirib.

Məqsədi Premyer Liqaya yüksəlmək olan region klubunun rəsmiləri yaranmış durumdan məmnun deyillər.

Bunun nəticəsidir ki, artıq yeni baş məşqçi axtarışlarına start verilib.

Bir neçə namizədlə danışıqlar aparılır.

Bir sözlə, təcrübəli mütəxəssis "İmişli"dəki karyerasının son günlərini yaşayır.

Xatırladaq ki, Əsgər Abdullayev yay fasiləsində bölgə klubuna baş məşqçi təyin olunub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"