Birinci dövrənin son hesabat həftəsinin ilk oyun günündə bir qarşılaşma keçirilib.
"İrəvan" Bakıda “Difai Ağsu"nu qəbul edib və 3:1 hesablı qələbə qazanıb.
Matç nəzərdə tutulduğu vaxtdan 5 dəqiqə gec başlayıb. Buna səbəb qapı torunda yaranan problem olub.
Komandalar mövqe mübarizəsi aparıb və azarkeşlər təhlükəli epizodlar sarıdan kasad 45 dəqiqə izləyib. İkinci yarıda tərəflər fəallığı bir qədər artırıb və qapılara 4 qol vurulub.
75-ci dəqiqədə əks-hücum təşkil edən “Difai” Tahir Zeynalovla hesabı açıb. Üç dəqiqə sonra Arsen Ağcabəyov müdafiəçilərin səhvindən yararlanaraq, bərabərlik qolunu vurub.
Az sonra qonaqların müdafiəçisi Seymur Rəhimov ikinci sarı vərəqə alaraq, vaxtından əvvəl paltardəyişmə otağına yollanıb.
Buna rəğmən, “Difai” yenidən fərqlənmək imkanı əldə edib, lakin Rəhman Quliyev əlverişli dürsəti boşa verib.
Hər kəs oyunun 1:1 başa çatacağını gözləyərkən, səhnəyə Aleksandr Prikrotsov çıxıb.
Ağsu təmsilçisinin qapıçısı cinah asmasından sonra üstünə gələn topu adi vəziyyətdə əlindən buraxıb və belədə Kamal Mirzəyev ən asan işi görüb - o, yaxın məsafədən boş qapını nişan alıb.
Aleksin uşaq səhvi (?) komandanı ruhən sındırıb və 1 dəqiqə keçmiş Cavid Tağıyev üçüncü qolu vurub.
Hakimin final fitinin ardından “İrəvan”ın prezidenti Zahid Niyazəliyev diqqət mərkəzinə düşüb. O, üzünü VİP-lojaya tutaraq, özünü kiməsə göstərirmişcəsinə “İrəvan” böyük camiədir, biz düşməyi də bilirik, qalxmağı da” qışqırıb.
SPORTİNFO.AZ
22 noyabr 2023. ASK Arena. 90 tamaşaçı Baş hakim: Kamran Əliyev Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Zöhrab Abbasov Dördüncü hakim: Murad Səlimov Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Zümrüd Ağayeva Sarı vərəqələr: Fərid Kərimzadə, 42 (qeyri-idman hərəkəti); Ege Atlam Adnan, 88 (qeyri-idman hərəkəti); Vüsal Qənbərov, 90+4 (qeyri-idman hərəkəti) // Seymur Rəhimov, 18; 87 (qeyri-idman hərəkəti); Aleksandr Prikrotsov, 84 (oyunun bərpasının ləngidilməsi); Bayram Paşazadə, 90+4 (qeyri-idman hərəkəti) Qırmızı vərəqə: Seymur Rəhimov, 87 Qollar: Arsen Ağcabəyov, 80; Kamal Mirzəyev, 90+4; Cavid Tağıyev, 90+5 // Tahir Zeynalov, 75 Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə - 5 dəq.
BOMBARDİRLƏR:
Elşad Tağıyev ("Şamaxı") - 8 qol Peter Kinqs ("Karvan") - 5 qol
Xəzər Mahmudov ("İmişli") - 5 qol
Emin Zamanov ("Şamaxı") - 5 qol Cəlal Cəbrayılov ("Şamaxı") - 5 qol İsa Zeynallı (MOİK) - 4 qol Famil Camalov ("İrəvan") - 4 qol