
"İmişli"nin legionerinə milli komandadan dəvət gəlib.
Söhbət birinci liqa təmsilçisinin liberiyalı yarımmüdafiəçisi Tonia Tisdelldən gedir.
31 yaşlı yarımmüdafiəçi bu gün ölkəsinə yola düşüb.
Liberiya yığması 17 noyabr Malavi, 20-si isə Ekvatorial Qvineya ilə üz-üzə gələcək.
Xatırladaq ki, afrikalı futbolçu karyerası ərzində "Ankaraspor" "Karşiyaka" "Ankaragücü" "Mersin İY " "Şanlıurfaspor" "Osmanlıspor" "Denizlispor" "Nea Salamis" "Enppi SC" " Mighty Barrolle " klublarının formasını geyinib
Tonia Tisdell bölgə təmsilçisi ilə bu yay 1 illik müqavilə bağlayıb.
Qardaş ölkədə yaxşı karyera yaşamış yarımmüdafiəçinin birinci liqa təmsilçisinə keçidi gözlənilməz olmuşdu.
O, "İmişli" formasında meydanda çıxdığı 8 oyunda 1 qolla yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ