Premyer Liqaya iddialıların AYAĞI BÜDRƏDİ

9 Noyabr 2023 19:20 I Divizion 722
Premyer Liqaya iddialıların AYAĞI BÜDRƏDİ

Bu gün I Liqada 8-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutub.

Çempionatın lideri olan MOİK gözlənilmədən xal itirib. Ordu komandası son vaxtlar başı qalmaqallardan ayılmayan «İrəvan»la qolsuz heç-heçəyə razılaşıb.

Premyer Liqaya dönməyi arzulayan «Şamaxı» isə Zaqatalada qələbəni əldən verib. «Difai» Ağsuda «Mingəçevir»ə uduzub.

"Difai-Ağsu" - "Mingəçevir" 0:1
Qol
: Elsevər Bəkirzadə, 81

"Zaqatala" - "Şamaxı" 1:1
Qollar:
Bəhruz Teymurov 57 – Elşad Tağıyev 14

MOİK – İrəvan - 0:0

Turun digər oyunları isə sabah baş tutacaq:

13:00 "Qaradağ-Lökbatan" - "Araz-Saatlı"
14:00 "Karvan" - "İmişli"

N Klublar O Q H M T-F X
1 MOİK 8 4 4 0 16-6 16
2 Şamaxı 8 4 3 1 23-9 15
3 İrəvan 8 4 2 2 13-6 14
4 Qaradağ Lökbatan 7 4 2 1 9-5 14
5 İmişli 7 4 1 2 14-5 13
6 Karvan 7 3 2 2 14-9 11
7 Mingəçevir 8 3 1 4 8-14 10
8 Zaqatala 8 1 4 3 8-13 7
9 Araz Saatlı 7 1 0 6 6-29 3
10 Difai Ağsu 8 0 1 7 2-17 1

BOMBARDİRLƏR:
Elşad Tağıyev ("Şamaxı") - 8 qol
Peter Kinqs ("Karvan") - 5 qol
Xəzər Mahmudov ("İmişli") - 5 qol

Emin Zamanov
("Şamaxı") - 5 qol
Cəlal Cəbrayılov ("Şamaxı") - 5 qol

İsa Zeynallı (MOİK) - 4 qol
Famil Camalov ("İrəvan") - 4 qol

Digər Xəbərlər
Xəbər Lenti