I Divizionda debüt etməyə hazırlapşan "Göyçə" baş məşqçisi Bəhmən Həsənov və bir neçə futbolçusu ilə vidalaşıb. Yeni yaranan klubun rəhbərliyi bu addımı məcburiyyət qarşısında atıb.
İş ondadı ki, AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyi onların qarşısına şərt qoyub: "Çempionata qatılmaq istəyirsizsə, dediyimiz adamları düşərgədən uzaqlaşdırmalısız".
Rəsmi çevrələrin əl-ayağa düşməsi danışılmış oyunlarla bağlıdı. AFFA keçən mövsümün ortasında "Rəvan"la "Şərurspor"u bu iddia əsasında yarış meydanından kənarlaşdırdı.
UEFA-dan saysız-hesabsız xəbərdarlıq məktubu almaqlarını önə çəkərək. "Rəvan"ı müxtəlif vaxtlarda 5 dəfə çalışdırmış Həsənov yaxından tanıdığı, adları "qara siyahı"da olan futbolçuların bir çoxunu "Göyçə"yə gətirmişdi (Sportinfo.az).

