I Divizion iştirakçılarının sayına məhdudiyyət qoyulur - 14 NAMİZƏD

5 Sentyabr 2017 20:24 I Divizion 1 661
I Divizion iştirakçılarının sayına məhdudiyyət qoyulur - 14 NAMİZƏD

Sentyabr ayının bir neçə gününü arxada qoysaq da, Azərbaycan çempionatının 1-ci divizionu ilə bağlı qeyri-müəyyənlik davam edir. Hələ də çempionatda iştirak edəcək komandaların sayı, püşkatma tarixi və startı dəqiqləşməyib.

Sportinfo.az xəbər verir ki, bu suallara PFL-in prezidenti Ramin Musayev cavab verib. Sportal.az saytına danışan qrum prezidenti bəzi məsələlərə aydınlıq gətirib:

“14 komanda müraciət edib. Sadəcə, bəzi nüanslar var ki, biz onları araşdıracağıq. Amma onların hamısı çempionatda çıxış etməyəcək.

Püşkatma mərasimi sentyabrın 15-nə kimi keçiriləcək. Bundan bir həftə sonra – ayın 20-nə kimi isə çempionat başlayacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti