“Şəmkir” Azərbaycan çempionatında iştirak etməyəcək

29 Avqust 2017 17:00 I Divizion 742
“Şəmkir” Azərbaycan çempionatında iştirak etməyəcək

“Şəmkir” 2017/2018 mövsümündə I Divizionda çıxış etməyəcək. Sportinfo.az xəbər verir ki, bu barədə Şəmkir Rayon İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib (report).

İmtinaya səbəb yerli gəncləri tapmaq və gələcəkdə qurulacaq komandanın əsas özəyini formalaşdırmaqdır. Bu məqsədlə mükafat fondu 9500 manat olan (I yer – 5 min, II yer 3 min, III yer – 1500 manat) rayon birinciliyinə start verilib.

Turnir 4 qrupdan ibarət olmaqla 16 komandanın iştirakı ilə keçirilir. “Şəmkir”in 2018/2019 mövsümündə yenidən I divizionda iştirakı planlaşdırılır. “Şəmkir” ötən mövsüm 48 xalla 6-cı yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti