"Sportinfo" oyun "alver"inə dair ŞOK XƏRƏRi yaydı, AFFA 7 nəfəri futboldan uzaqlaşdırdı

25 May 2023 13:40 I Divizion 1 807
"Sportinfo" oyun "alver"inə dair ŞOK XƏRƏRi yaydı, AFFA 7 nəfəri futboldan uzaqlaşdırdı

AFFA İntizam Komitəsi danışılmış oyunlarda iştirak etmiş 6 futbolçunu cəzalandırıb.

Beləliklə, Sportinfo.az-ın mayın 1-də "Azərbaycanda oyun "alver"inə görə daha 6 futbolçu saxlanıldı?" başlığı ilə yaydığı xəbər doğrulanıb (https://www.sportinfo.az/idman_xeberleri/qalmaqal/169390.html).

Həmin informasiyada bildirmişdik ki, AFFA hüquq-mühafizə orqanları ilə birgə I Divizionda oyun «alver»ini ciddi surətdə araşdırır.

UEFA-dan bununla bağlı gələn serkulyar məktublar federasiyanı əməlli-başlı hərəkətə gətirib.

Aşağı dəstədə meydana çıxan 6 futbolçunun istintaqa cəlb olunması barədə hələlik qeyri-rəsmi məlumat gəlməkdədir. Həmin oyunçular qeyri-leqal bukmeyker kontorları ilə əlaqədə şübhəli bilinir.

Redaksiyamızdakı məlumata görə, hazırda hüquq-mühafizə orqanları bir neçə istiqamətdə təhqiqat aparır. MOİK və daha 2 aşağı dəstə təmsilçisinin futbolçuları sorğu-suala cəlb olunub.

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

I Divizionda MOİK-də çıxış edən 04.02.1992-ci il təvəllüdlü Hüseynov Kamil İsrafil oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun (maddə 80.4; 32.2);

I Divizionda MOİK-də çıxış edən 28.10.1992-ci il təvəllüdlü Allahverdiyev İlham Elman oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun (maddə 80.4; 32.2);

I Divizionda MOİK-də çıxış edən 22.05.2002-ci il təvəllüdlü Rüstəmov Rüstəm Kənan oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun (maddə 80.4; 32.2);

I Divizionda MOİK-də çıxış etmiş 20.05.2000-ci il təvəllüdlü Sabirli Qabil Mobil oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun (maddə 80.4; 32.2);

I Divizionda MOİK-də çıxış etmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan 18.12.2000-ci il təvəllüdlü Bayramov Fərman Namiq oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun (maddə 80.4; 32.2);

I Divizionda MOİK-də çıxış edən 01.01.2000-ci il təvəllüdlü Veysov Elşən Kamil oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun (maddə 80.4; 32.2);

16.08.1988-ci il təvəllüdlü Hüseynov Samir Azər oğlu danışılmış oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilərək AFFA və PFL bayrağı altında keçirilən oyunlarda stadiona daxil olmağı qadağan edilsin (maddə 80.1.)

Adları çəkilən futbolçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilər.

MOİK-in futbolçuları Emin Mehtiyevlə Fərmayıl Əliyev bu mövsüm Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Səbail"ə qarşı keçirilmiş oyunun (0:4) nəticəsini manipulyasiya ediblər. Hər ikisi bu sahədən ömürlük uzaqlaşdırılıb.

Məlumat üçün bildirək ki, AFFA və hüquq-mühafizə orqanları bu istiqamətdə araşdırmalarını davam etdirir. Bəzi yeni məlumatlar da var və onların dəqiqləşdirilməsi üzərində iş gedir.

Böyük ehtimalla, cəzalanan futbolçuların siyahısı bu adlarla məhdudlaşmayacaq. Daha bir neçə nəfərin təhqiqata cəlb olunması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti