I Divizionda mövsüm başa çatıb.
Sportinfo.az xəbər verir ki, liqanın qalibi "Araz Naxçıvan" evdəki son matçında da qələbə qazanıb.
Azər Bağırovun rəhbərlik etdiyi kollektiv "Zaqatala"ya 2:0 qalib gəlib.
Qolların müəllifi çempionatın ən sərrast futbolçusu Orxan Əliyev olub. Bununla da "Araz-Naxçıvan" I Divizionda çempionluğunu tam rəsmiləşdirib.
Matçı stadionda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev və muxtar respublika sakinləri izləyiblər.