Yeni mövsümdə I Divizionda mübarizə aparacaq "Binə" heyətinə daha bir futbolçu cəlb edib.
Sportinfo.az xəbər verir ki, Maqsum Qəmbərli 2017/18 mövsümündən etibarən sözügedən klubun uğurları üçün çalışacaq. Binəlilərin yeni transferi bu klubda 42 nömrəli formani geyinəcək.
Ötən mövsümü Birinci Divizion təmsilçisi MOİK-in heyətində keçirən 21 yaşlı yarımmüdafiəçi daha öncə AZAL və "Xəzər Lənkəran"da forma geyinib.

