"Sumqayıt"ın əvəzedici komandasına yeni baş məşqçi təyin olunub.
Klubun rəsmi saytı Sportinfo.az-ın yaydığı məlumatı təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/sumqayit/8528.html).
Bunadək "gənclik şəhəri" təmsilçisinin U-19 kollektivinə rəhbərlik edən Vaqif Cavadov "Sumqayıt-2"nin sükanı arxasına keçib.
34 yaşlı mütəxəssislə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.
2016-cı ildə futbolçu kimi "Sumqayıt"ın heyətində 29 oyun keçirib, 6 dəfə rəqib qapılarına yol tapmış Vaqif Cavadov U-19 komandasının baş məşqçisi postunda 27 oyunda 14 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət əldə edib.
“Kimyaçılar” bir müddət əvvəl Vüqar Quliyevlə yolları ayırmışdı. MOİK-lə evdə keçirilən matçdan (0:1) sonar istefaya göndərilən mütəxəssisi köməkçisi Azər Mehdiyev əvəzləmişdi.
“Gənclik şəhəri” təmsilçisinin gəncləri I Divizionda uğursuz çıxış edir. Komanda 23 tura cəmi 13 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
V.Cavadovun qarşısına bu mövsüm üçün yalnız məqsəd qoyulub. Mümkün olsa, axırıncl pilləni tərk eləmək - ondan yalnız bu istənilir
Gənc çalışdırıcı ilə bağlı əsas planlar gələn sezona aiddir. O, əvəzedicilərin çempionatında mükafatlar uğrunda mübarizə aparan kollektiv formalaşdırmalıdır.

