"Binə" Məhəmmədi aldı

18 Avqust 2017 09:24 I Divizion 764
"Binə" Məhəmmədi aldı

I Divizionda yeni mövsümə hazırlığını davam etdirən "Binə" heyətini daha bir futbolçu ilə gücləndirib. Sportinfo.az xəbər verir ki, Məhəmməd Bədəlbəyli 2017/18 mövsümündən etibarən "qartallar"ın uğurları üçün çalışacaq.

Ötən mövsümü I Divizionda "Qaradağ Lökbatan" və MOİK-in heyətində keçirən 25 yaşlı hücumçu yeni klubunda "9 nömrə"li formanı geyinəcək. Aşağı liqada "Neftçala" ilə çempionluq sevinci yaşayan Fərhad AZAL, "Şuşa" və "Lokomotiv-Biləcəri"də də çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti