Həvəskarlar Liqasında finala vəsiqə qazana bilməyən "Bakı"da sular durulmur. 2013-cü ildən biznesi defolt olmağa başlayan tanınmış iş adamı artıq futboldan tamamilə çəkilmək üzrədi.
Çünki mövcud şəraitdə həvəskar klub saxlamaq da onun üçün böyük bir problemdi. Böyük ehtimalla, paytaxt təmsilçisi növbəti mövsümdən fəaliyyətini ümumiyyətlə dayandıracaq.
"Zolaqlılar"ın Biləcəri qəsəbəsində yerləşən bazası istifadəsizdi. Hazırda burdan yalnız "Göyçə" və MOİK istifadə edir.
I Divizion təmsilçiləri "Bakı"nın məkanına yenicə təşrif buyurub və az məbləğdə icarəhaqqı ödəyirlər. Həmin vəsaitlə isə nəinki komandanı yaşatmaq, bazanın kommunal xərclərini ödəmək qeyri-mümkündü (Sportinfo.az).

