Azərbaycan komandasında yeni baş məşqçi kim oldu?

15 Fevral 2023 01:10 I Divizion 858
Azərbaycan komandasında yeni baş məşqçi kim oldu?

"Zirə-2"nin yeni baş məşqçisinin adı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, komanda Zaur Həşimova tapşırılıb.

Bu barədə klub rəsmi məlumat yayıb. PRO kateqoriyalı mütəxəssis cari mövsümün sonuna qədər bu vəzifəni icra edəcək.

Həşimov daha əvvəl də "Zirə"də çalışıb. O 2019-cu ildə əsas komandanın baş məşqçisi təyin olunub.

1 il bu vəzifəni icra edəndən sonra "Zirə"nin akademiyasına koordinator təyin olunan Həşimov 2022-ci ildə klubun Müşahidə Şurasına üzv seçilib.

"Zirə-2"ni buna qədər Azər Məmmədov çalışdırırdı. Sonuncu ötən ilin dekabrında iş yerini «Səbail»in əsas komandasına dəyişib və Şahin Diniyevin korpusunda yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!