Divizionun lideri 2 yerli futbolçusu ilə yollarını ayırdı

9 Yanvar 2023 23:40 I Divizion 986
Divizionun lideri 2 yerli futbolçusu ilə yollarını ayırdı

I Divizionda ilk dövrəni birinci pillədə başa vuran “Araz Naxçıvan” 2 futbolçusu ilə vidalaşıb.

Qış çempionu müdafiəçi Elvin Dəmirov və yarımmüdafiəçi Nəbi Məmmədovla yolları ayırıb.

Hər iki oyunçu öz istəyi ilə bölgə komandasının düşərgəsini tərk edib.

Muxtar Respublika təmsilçisindən redaksiyamıza verilən informasiyaya görə, bundan sonra kollektivdə ayrılıq gözlənilmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!