“Neftçi”nin baş məşqçisi təhqir etdi, ağır cəza aldı

15 Dekabr 2022 20:20 I Divizion 469
“Neftçi”nin baş məşqçisi təhqir etdi, ağır cəza aldı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda I Divizionun XIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Araz Naxçıvan” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 7 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

“Araz Naxçıvan” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 83 nömrəli futbolçusu Ülvü Mədətov oyunun 58-ci dəqiqəsində təhqiredici hərəkət, söz və jestlər etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb və klub 320 manat cərimə edilib.

“Araz Naxçıvan” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının baş məşqçisi Rəşad Abdullayev oyunun 58-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb və klub 400 manat cərimə edilib.

“Araz Naxçıvan” – “Neftçi-2” oyununda “Araz Naxçıvan” komandasının 52 nömrəli futbolçusu Emil Bayramov oyunun 90+5-ci dəqiqəsində ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb və klub 20 manat cərimə edilib.

“Araz Naxçıvan” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 57 nömrəli futbolçusu Bahadur Quliyev oyunun 90+6-cı dəqiqəsində söz və hərəkətlə etiraz etdiyinə görə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 20 manat cərimə edilib.

“Araz Naxçıvan” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 84 nömrəli futbolçusu Hüseyn Babayev oyundan sonra söz və hərəkətlə etiraz etdiyinə görə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 20 manat cərimə edilib.

“Araz Naxçıvan” – “Neftçi-2” oyununda “Araz Naxçıvan” komandasının 1 nömrəli futbolçusu Vüsal Şabanov oyundan sonra təhqiredici hərəkət, söz və jestlər etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb və klub 160 manat cərimə edilib.

“Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

“Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” komandasının 97 nömrəli futbolçusu Tural Məmmədov 62-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 160 manat cərimə edilib.

“Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin təhqir edilməsinə görə “Mingəçevir” klubu 400 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Qarabağ-2” oyununda Təcili Tibbi Yardım maşınının gecikməsinə görə “Turan Tovuz-2” klubu 160 manat cərimə edilib.

“Zirə-2” – “İmişli” oyununda polis əməkdaşının oyunöncəsi iclasa gecikməsinə görə “Zirə” klubu 40 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti