Azərbaycanda bu klublara ayrılan dotasiya artırılır – SON DƏQİQƏ MƏLUMATI

5 Dekabr 2022 13:00 I Divizion 724
Azərbaycanda bu klublara ayrılan dotasiya artırılır – SON DƏQİQƏ MƏLUMATI

SOCAR növbəti mövsüm I Divizionda yarışacaq klubları sevindirmək niyyətindədir.

Bununla bağlı Sportinfo.az-a maraqlı məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, neft şirkəti aşağı liqa təmsilçilərinə ayrılan büdcəni artırmağı planlaşdırır.

Hazırda illik kvota 200 min manat təşkil edir. Bu da ötən sezonla müqayisədə 50-100 min manat azdır. Odur ki, Divizion iştirakçıları mövcud durumdan narazıdır və bununla bağlı istəklərini AFFA-nın nəzərinə çatdırıblar.

Birinci dəstədə mübarizə aparanlar maliyyə çatışmazlığı ucbatından futbolçuların maaşlarını aşağı salıb, işçilərin bir çoxunu ixtisar edib.

SOCAR yaranmış vəziyyətlə əlaqədar araşdırma aparıb və yeniliyi üzümüzüə gələn «futbol ili»ndən etibarən tətbiq etməyi lazım bilib.

Buna əsasən, I Divizion təmçilərinin hər birinə ayrılacaq yardım paketinin 2-2,5 dəfə artırılması proqnozlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti