Divizionda 30 dəqiqə söhbəti – Hamısında dəyişiklik edildi

14 May 2022 12:20 I Divizion 553
Divizionda 30 dəqiqə söhbəti – Hamısında dəyişiklik edildi

Azərbaycan birinci divizionunda son turun oyunlarının başlanma saatı dəyişilib.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, matçlar əvvəldən nəzərdə tutulduğu kimi, saat 16:00-da deyil, saat 15:30-da başlayacaq.

Yeri gəlmişkən, 1-ci divizionda mükafatlandırma mərasiminin keçiriləcəyi tarix və stadion da müəyyənləşib.

Peşəkar Futbol Liqasından verilən digər məlumata görə, 1-ci divizionun rəsmi “Youtube” kanalında canlı yayımlanacaq tədbir 17 may, saat 19:30-da “ASK Arena”da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti