Zubir Azərbaycanda özünə məşğuliyyət tapıb: “Vaxtımı əsasən burada keçirirəm”

8 May 2022 17:20 I Divizion 1 343
Zubir Azərbaycanda özünə məşğuliyyət tapıb: “Vaxtımı əsasən burada keçirirəm”

Ölkə xaricindən gələn legionerlər üçün bölgələrdə yaşamaq heç də asan deyil.

Azərbaycanın rayon və şəhərlərinin inkişaf baxımından Bakıdan geri qalması danılmaz faktdır.

Maraqlıdır, 3 aydır ölkəmizdə olan Tarek Zubir boş vaxtlarını necə keçirir? Mərakeş kökənli fransız vinger darıxmamaq üçün nə edir?:

“Boş vaxtlarımı səmərəli keçirirəm. Komandanın məşqindən sonra fərdi məşq edirəm.

Bundan başqa, fiziki gücümü daha da yaxşılaşdırmaq və idmançı formamı qorumaq üçün fitnesslə məşğul oluram.

Vaxtımı bir çox hallarda trenajor zalında keçirirəm. Bəzən də komanda yoldaşlarımla birlikdə oturub, zamanımızı səmərəli keçiririk. Darıxmadığımı deyə bilərəm”.

”Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubirin kiçik qardaşı cari mövsümdə “Zaqatala”nın heyətində 6 oyunun iştirakçısı olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!